Kəmaləddin Heydərov İsrailli həmkarı ilə görüşdü - FOTO

OXUNUB: 574 SOSİAL

Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov dekabrın 21-də İsrail Müdafiə Nazirliyi Fövqəladə halların idarə edilməsi Milli Agentliyinin rəisi Bezalel Trayberlə görüşüb.

 Kəmaləddin Heydərov Azərbaycanla İsrail arasında fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində əməkdaşlığın mövcudluğundan söz açaraq bu münasibətlərin inkişaf etdirilməsinin zəruriliyini vurğulayıb.

Öz növbəsində, Bezalel Trayber İsraildə baş vermiş meşə yanğınların qarşısının alınması zamanı Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən göstərilən yardımları böyük minnətdarlıq hissi ilə xatırlayıb, iki ölkənin müvafiq qurumları arasındakı əməkdaşlığının inkişaf etdirilməsinin əhəmiyyətindən danışıb.

Görüşdə gələcək əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran məsələlərə dair fikir mübadiləsi aparılıb.

Sonra qonaqlar nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin Böhranların idarə edilməsi zalı və Əməliyyat zalının fəaliyyəti ilə yerində tanış olublar./publika

İcmal.Az

RƏYLƏR