Kəmaləddin Heydərovun "miqalkalı" korteji əks yola çıxıb təhlükə yaratdı (VİDEO)

OXUNUB: 761 HADİSƏ
Paytaxtın Bakıxanov prospektində qayda pozuntusu qeydə alınıb. 

Dekabrın 4-ü, saat 17:09 radələrində Fövqəladə Hallar naziri Kəmaləddin Heydərova məxsus 90-AA-900 dövlət nömrə nişanlı, "Mercedes” markalı avtomobil əks istiqamətli yola çıxaraq təhlükəli vəziyyət yaradıb. Eyni zamanda naziri müşayət edən, sayrışan işıqlı, 10-UP-900 dövlət nömrə nişanlı digər "Mercedes” markalı avtomobil də eyni qayda pozuntusunu edib.

Qeyd edək ki, mövcud qanunvericiliyə görə Azərbaycan Respublikasının Prezidenti və ailəsi, Milli Məclisin sədri və Baş nazirdən başqa digər rəsmilərin kortejlə hərəkət etmək səlahiyyəti yoxdur.

Eyni zamanda FHN nazirini müşayət edən avtomobilin operativ nəqliyyat vasitəsi olmadığını nəzərə alsaq quraşdırılan sayrışan işıqlar və səs siqnalları qanunsuzdur.

Videonu təqim edirik:
 


RƏYLƏR