Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Dünya Bankının Avropa və Mərkəzi Asiya regionunun Davamlı İnkişaf üzrə regional direktoru Sameh Naquib Vahbanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Nazir Məcnun Məmmədov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən kənd təsərrüfatının inkişafı prioritet sahə kimi müəyyən edilib. Məhz bu siyasət nəticəsində ölkəmizdə aqrar sahə öz inkişafının yeni mərhələsinə qədəm qoyub. Nazir Azərbaycanda aqrar sektora dövlət dəstəyi barədə görüş iştirakçılarına ətraflı məlumat verib. Qeyd olunub ki, torpaqlarımız işğaldan azad edildikdən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qarabağ bölgəsini yaşıl enerji zonası elan edib. Hazırda işğaldan azad edilmiş ərazilərin bərpası, yenidən qurulması, bu ərazilərdə gələcək inkişafının təmin olunması, zəruri infrastrukturun yaradılması istiqamətində genişmiqyaslı tədbirlər uğurla həyata keçirilir. Bildirilib ki, bu ərazilərdə kənd yerlərinin inkişafı üçün qabaqcıl təcrübənin tətbiqi imkanları araşdırılır. Vurğulanıb ki, aqrar sahədə qabaqcıl təcrübələrin ölkəmizdə tətbiqi məqsədilə beynəlxalq təşkilatlarla əməkdaşlıq davam etdirilir. Görüşdə Dünya Bankı ilə birgə əməkdaşlıq çərçivəsində həyata keçirilmiş layihələrin əhəmiyyəti vurğulanıb, gələcək əməkdaşlıq perspektivləri nəzərdən keçirilib. Görüşdə aqrar sahədə məhsuldarlığın daha da artırılması, torpaq və su reurslarından səmərəli istifadə, kənd təsərrüfatının rəqəmsallaşdırılması, işğaldan azad edilən ərazilərdə kənd yerlərinin inkişafı ilə bağlı məsələlər müzakirə olunub. Sonda qarşılıqlı maraq doğuran məsələlər barədə geniş fikir mübadiləsi aparılıb.
Ana səhifə
/
Özəl / İQTİSADİYYAT / Kənd Təsərrüfatı Nazirliyində Dünya Bankının nümayəndə heyəti ilə görüş keçirilib
RƏYLƏR
DİGƏR XƏBƏRLƏR
-
-
“Caspian Agro 2024 ”sərgisi çərçivəsində aqrar sahənin aktual mövzularına dair panel sessiyalar keçirilib
17.05.2024, 16:38 / Özəl, İQTİSADİYYAT -
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
16.05.2024, 12:08 / Özəl, İQTİSADİYYAT, BANK -
“Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək
16.05.2024, 11:09 / Özəl, İQTİSADİYYAT -
“Caspian Agro 2024” sərgisi çərçivəsində “Beynəlxalq Aqrar İnnovasiya Forumu” keçirilir
15.05.2024, 15:46 / Özəl, İQTİSADİYYAT -
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
15.05.2024, 12:26 / Özəl, İQTİSADİYYAT, BANK -
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Balakəndə vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
14.05.2024, 15:19 / Özəl, İQTİSADİYYAT -
“Caspian Agro2024” sərgisi çərçivəsində Beynəlxalq Aqrar İnnovasiya Forumu keçiriləcək
13.05.2024, 16:24 / Özəl, İQTİSADİYYAT