Bu günlərdə "İspan çaxırına” qurban gedən Abel Məhərrəmovdan
sonra tezliklə Həsənovların da "çexski pivəyə” qurban gedəcəyi gözləniləndir
Əmlak Məsələləri Dövlət Komitəsi əslində bir dövlət qurumu olsa da, Komitənin sədri
Kərəm Həsənov onu şəxsi əmlakına çevirməyi bacarıb. Vəzifədə olduğu müddət ərzində
"əmlak kralı” kimi özünü təsdiq edən komitə sədri barəsində zaman-zaman medyada
ilginc informasiyalar yer alıb. Onun vəzifə pillələrində yüksəliş tarixçəsi barəsində
isə yəqin ki, bilməyən yoxdur. Fərhad və Rafiq Əliyev qardaşları ilə sonradan
sıcaq münasibətlərə çevrilən tanışlıq onu sözün əsl mənasında həyatın dibindən-Yasamaldakı
kirayə evdən "əmlak kralına” çevirdi. Kərəm Həsənov "düzdür vəzifəyə sən
qoymusan, ancaq çörəyi onlar verir axı” prinsipi ilə tezliklə ona vəzifənin
dadını dadızdıran Əliyevlərin sıradan çıxarılmasında əsas fiqur oldu. Öz həmyerlisinin
siyasi karyerasını məhv edən Həsənov özünün yeni karyerasının başlanğıcını
qoyur.
Rubrika.az saytına daxil olan məlumatlara görə keçmiş MTN şefi Eldar Mahmudovun
vəzifədən kənarlaşdırılmasından sonra Həsənovun MTN çetesi ilə isti münasibətləri
ortaya çıxdı. Onun Eldar Mahmudovla olan işbirliyi sonradan başağrısına çevrilsə
də K.Həsənov yenə də sudan quru çıxmağı bacardı. Bu dəfə də onun "günahsızlığı”
qurbansız başa gəlməyib. Reputasiyasını qorumaq üçün Dövlət Reyster Xidmətinin
rəisi Məhəmməd İmanovu qurban verən Kərəm Həsənov özünü qorumağı bacardı.
Onun MTN-lə olan əlaqələrinin qurulmasında və tənzimlənməsində qardaşı, deputat
Malik Həsənovun əsas fiqur olduğu bildirilir. Verilən xəbərlərə görə ümumiyyətlə
Malik Həsənovun parlamentdə oturmasında qardaşı qədər E.Mahmudaovun da əməyi olub.
Ümumiyyətlə Malik Həsənovun qardaşının bütün fəaliyyətinin tənzimlənməsində, əlaqələrinin
qurulmasında müstəsna rolu var. Rubrika.az saytına daxil olan məlumatlara görə
Malik Həsənovun malik olduğu əlaqələr hesabına qardaşının heç də təmiz olmayan
reputasiyasının qorunmasında, təmizə çıxarılmasında deputat kimi az əməyi keçməyib.
Rubrika.az saytına verilən məlumatlara görə Komitə sədrinin Çexiyanın müxtəlif
bölgələrində, xüsusilə də Benetiçe və Karlovı Varı şəhərlərində mineral su
zavodları mövcuddur. Həsənov qardaşları Çexiyanın spirtli içki bazarında da müəyyən
paya malikdir. Pilzen şəhərindəki pivə zavodunun istehsal etdiyi pivə yerli
bazarla yanaşı, xarici bazarlarda da uğurla təmsil olunmaqdadır. Bu günlərdə
"İspan çaxırına” qurban gedən Abel Məhərrəmovdan sonra tezliklə Həsənovların da
"çexski pivəyə” qurban gedəcəyi gözləniləndir.
Daş karxanaları qalmaqalından sonra Kərəm Həsənovun işi "daşa dirənib"
Adları milyardlıq korrupsiya əməllərində beynəlxalq miqyasda hallandırılan Həsənov
qardaşlarının fəaliyyəti artıq yuxarı dairələrdə də araşdırılmağa başlayıb.
Rubrika.az saytına verilən məlumatlarda bildirilir ki, vəzifəyə yeni təyin
olunan Kənd Təsərrüfatı, eləcə də Ekologiya və Təbii sərvətlər nazirləri Kərəm
Həsənovun fəaliyyətini ciddi təftiş etməyə başlayıblar. İllərlə özünün
korrupsiya əməllərini məharətlə pərdələyən Komitə sədrinin keçmişi onun gələcəyinin
qatilinə çevrilməkdədir. Səlahiyyətlərindən istifadə edərək hər iki nazirliyə
aid əmlakın talanmasının, özəlləşdirilməsinin aşkara çıxarılması böyük rezonans
doğurub. Araşdırmalar dərinləşdikcə şok faktların ortaya çıxdığı bildirilir.
Aldığımız məlumatlara görə daş karxanalarının rəhbərlərinin həbs edilməsi bu
prosesin ilk siqnalıdır. Zamanında Kərəm Həsənovun hər iki nazirliyə aid əraziləri
ələ keçirməsi faktlarının aşkarlanması ciddi problemlər yaradıb. Hətta Malik Həsənov
və digərləri də cidd-cəhdlə Komitə sədrini xilas etməyə çalışsalar da heç bir nəticə
əldə olunmayıb. Daş karxanaları qalmaqalından sonra Kərəm Həsənovun işi daşa
dirənib. Amma, deyəsən bu daş o daşdan deyil.
Araşdırmalarımız davam edəcək.
Ana səhifə
/
Özəl / Seçilmiş / Önəmli / TƏHLİL / Kərəm Həsənovun keçmişi gələcəyinin qatilinə çevrilir - Yeni NAZİRLƏR komitə sədrini təftiş edir
RƏYLƏR
DİGƏR XƏBƏRLƏR
-
-
“Padişah xalı” şirkəti barəsində biabırçı ittiham: “Xanım bizim hesabımıza…”
18.11.2018, 13:37 / Özəl, Seçilmiş, Önəmli, TƏHLİL -
“Autizm” üzərində qurulan biznes: “NARINC"da KİM VƏ NİYƏ VALİDEYNLƏRİ ALDADIR?
05.10.2018, 11:17 / Özəl, Seçilmiş, Önəmli, TƏHLİL -
“Səhliyalı” barədə cavabsız suallar: Siçan nəcisi, xərçəng yaradan maddə və “HALALLIQ”
20.08.2018, 10:49 / Özəl, Seçilmiş, Önəmli, TƏHLİL -
Azercell-dən yeni fırıldaq - balansınızdan hər həftə pul çıxılır
22.01.2018, 12:44 / Özəl, Seçilmiş, Önəmli, TƏHLİL
Xəbər lenti
KÖŞƏ
ƏN ÇOX OXUNANLAR
-
Özəl, İQTİSADİYYAT Gilas və badam bağları, kələm əkinləri üzrə fermerlərə aqrar sığorta ödənişi edilib
-
Özəl, HADİSƏ “Stimul hospital”ın (İstanbul NS) cinayəti sübut olundu: BAHAR QASIMOVA 30 DƏQİQƏYƏ QƏTLƏ YETİRİLİB
-
GÜNDƏM, SİYASƏT “Yəqin botoksunun yenilənmək vaxtıdır...” — Deputatdan Əli Kərimliyə sərt sözlər!