İraqın Kərkük şəhərində bomba yüklü avtomobil partlayıb.
Bu barədə İraq təhlükəsizlik qüvvələri məlumat yayıb.
İnsident Kərkükün Aden qəsəbəsində baş verib. Partlayış nəticəsində 1 nəfər ölüb, 5 nəfər isə yaralanıb.
Xəsarət alanlar yaxınlıqdakı xəstəxanaya yerləşdirilib.
İcmal.Az

























