Nigeriyanın Anambra bölgəsində kilsəyə silahlı hücum təşkil edilib.
Müqəddəs Filip katolik kilsəsinə təşkil edilən hücum nəticəsində 8 nəfər dünyasını dəyişib, 18 nəfər yaralanıb.
Anambra polis rəisi Qabra Umar hücumun bölgədə yaşayan şəxs tərəfindən törədildiyini deyib.
Kilsədə ibadət edənlər isə hücumun nəticələri barədə ictimaiyyətə yalan məlumat verildiyini, hücumun 2 nəfər tərəfindən təşkil edildiyini və 15 nəfərin öldüyünü deyir.
Teraktı hələlik heç bir qruplaşma öz üzərinə götürməyib, lakin Boko Haram terror qrupu tərəfindən törədildiyi ehtimal edilir./qaynqrinfo
İcmal.Az

























