KİV nümayəndələrinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında SƏRƏNCAM

OXUNUB: 822 index-manşet
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və "Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:

1. Azərbaycanda kütləvi informasiya vasitələrinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin:

Xəlilova Flora Fətula qızı

İsmayılov Dağbəyi Mirzəxan oğlu

Qasımova Tünzalə Yusif qızı.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

RƏYLƏR