Kiyevdə baş verən partlayışda 1 nəfər ölüb, 4 nəfər yaralanıb - YENİLƏNİB -VİDEO -FOTO

OXUNUB: 645 DÜNYA

Kiyevdə baş verən partlayış nəticəsində Ali Radanın deputatı, "Radikal” partiyasının üzvü İqor Mosiyçukun mühafizəçisi ölüb.

 

Bu barədə partiyanın lideri Oleq Lyaşko özünün "Feysbuk” səhifəsində yazıb.

 

"112 Ukrayna” telekanalının xəbərinə görə, hadisə zamanı İqor Mosiyçukdan başqa daha 3 nəfər yaralanıb. Hazırda yaralıların şəxsiyyəti müəyyənləşdirilir.  

 

Törədilmiş partlayış hüquq-mühafizə orqanları tərəfindən terror aktı  kimi qiymətləndirilib. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. 

 

***

 

00:36

 

Kiyevdə baş verən partlayış nəticəsində Ali Radanın deputatı, "Radikal” partiyasının təmsilçisi İqor Mosiyçuk yaralanıb.

 

Bu barədə "112 Ukrayna” telekanalına deputatın mətbuat katibi Anna Senik bildirib.

 

Onun sözlərinə görə, İqor Mosiyçuk "Espresso” telekanalının binasından çıxdığı zaman  yolun kənarında avtomobil partlayıb. Hadisə nəticəsində yaralanan deputat xəstəxanaya çatdırılıb./apa

 

Onun vəziyyəti barədə hələ ki, məlumat verilmir. 

 kiyevde bas veren partlayisda 1 nefer olub 4 nefer yaralanib yenilenib

kiyevde bas veren partlayisda 1 nefer olub 4 nefer yaralanib yenilenib

İcmal.Az

RƏYLƏR