Kiyevin mərkəzində avtomobil partladılıb: Ölən var – FOTO + VİDEO

OXUNUB: 918 DÜNYA

Kiyevin mərkəzində avtomobilin partladılması zamanı Donbasda döyüşlərdə iştirak edən çeçen əsilli Timur Mahauri ölüb.

İcmal.Az-ın oxu.az-a istinadən xəbərinə görə, bu barədə məlumatı 112 Ukrayna telekanalı yayıb.

T.Mahaurinin Gürcüstan vətəndaşı olduğu bildirilir.

 

Hadisə nəticəsində avtomobildə bir qadın və uşaq da olub. Qadın xəstəxanaya yerləşdirilib, azyaşlı isə partlayış zamanı xəsarət almayıb.

Faktla bağlı araşdırma aparılır.

İcmal.Az

RƏYLƏR