"Kokteyl Aysel ilə" verilişi mükafata layiq görüldü - FOTOLAR

OXUNUB: 1376 SOSİAL
Türkiyənin sənət və cəmiyyət maqazin jurnalı "Moonlife" hər il mükafatlandırma gecəsi keçirir.

Bu il Azərbaycan da sözügedən mükafatlandırma mərasimində təmsil olunub. Orhan Gencebay, Zerrin Özer, Hande Yener kimi məşhur simaların qatıldığı "Moonlife Oscars 2017"də Azərbaycanda kifayət qədər sevilən və izlənilən "Kokteyl Aysel ilə" verilişi mükafata layiq görülüb.

"Azerbaycanın en iyi magazin programı" mükafatı verilişin cazibədar aparıcısı Aysel Nazimə təqdim edilib.

Gecəyə parıltılı və gözoxşayan geyimi ilə qatılan məşhur aparıcımız gözəlliyi ilə diqqətləri özünə çəkməyi bacarıb.

Qeyd edək ki, keçən il Aysel Nazim həmin jurnala özəl müsahibə vermişdi./big
 
İcmal.Az







RƏYLƏR