Cənubi Amerikanın Kolumbiya ölkəsində 6,6 bal gücündə zəlzələ baş verib.
7NEWS.az xəbər verir ki, Kolumbiya Geoloji Xidməti (SGC) bildirib ki, episentri Karib dənizində, ölkənin Akandi şəhərindən 41 kilometr aralıda olan 6,6 bal gücündə zəlzələ yerli vaxtla saat 10:05-də və yerin 30 kilometr dərinliyində baş verib.
Bir neçə dəqiqə sonra daha bir 4,6 bal gücündə zəlzələnin episentri Karib dənizində olub, SGC bildirib.
Milli Fəlakət Riskinin İdarə Edilməsi Bölməsi indiyə qədər zəlzələ nəticəsində can və ya mal itkisinin olmadığını açıqlayıb.
Zəlzələ Antiokiya, Kordoba və Şokonun inzibati rayonlarında və qonşu Panamada da hiss olunub.
7NEWS.az