Komandamız Almaniyada bürünc medalla mükafatlandırılıb

OXUNUB: 247 Özəl DÜNYA
18-19.08.2023-ci il tarixdə Almaniyanın Mannheim şəhərində Avropa Kəndirlə Mübarizə İdmanı Federasiyasının(ETWF) və Almaniya Kəndirlə Mübarizə Assosiasiyasının (Tug of War Germany) təşkilatçılığı ilə məktəblilər arasında beynəlxalq turnir keçirilib.Turnirdə Alamaniya, Hollandiya, İngiltərə, İrlandiya, İsveç,  İsveçrə, Şotlandiya və Belçikadan 500-dən artıq atlet iştirak ediblər. 
Kəndirlə Mübarizə İdmanı Cəmiyyətinin prezidenti Elnur Şıxəliyevin verdiyi məlumata əsasən turnirdə ölkəmizi İlyas Əfəndiyev adına Elitar Gimnaziyanın komandası təmsil edib.Komandamız 560 kg çəki dərəcəsində mübarizə aparıb və təşkilat komitəsi tərəfindən bürünc medalla mükafatlandırılıb.Komandamızın U17 atletləri kateqoriyada (512 kg) ən az çəkiylə mübarizə aparıblar. 
Həmçinin turnirdə Azərbaycan atletləri və Almaniya atletlərinin iştirakı ilə dostuluq komandası hazırlanıb və digər ölkələrin komandaları ilə mübarizə aparıblar.
Dəstəyə görə Avropa Kəndirlə Mübarizə İdmanı Federasiyasının və Almaniya Kəndirlə Mübarizə Assosiasiyasının rəhbərliyinə və kollektivinə təşəkkür edirik.

RƏYLƏR