Komaya düşən Türkiyə gözəli dünyasını dəyişdi

OXUNUB: 678 DÜNYA
Keçmiş Türkiyə gözəli Manolya Onur dünyasını dəyişib. 

Bu barədə keçmiş modelin qızı Nilufər Elif Şah məlumat yayıb: 

"Canım anamı bu səhər itirdim. Bu günədək xəstəxanaya gələn və onu axtaran hər kəsə təşəkkür edirəm. Cənazə namazı qılındıqdan sonra Zincirlikuyu qəbiristanlığında əfn ediləcək. Anama Allahdan rəhmət diləyirəm”. 

Qeyd edək ki, ağciyərlərinə gedən damarların birinin tıxanması nəticəsində halı pisləşən və dərhal xəstəxanaya aparılan Manolya Onur dünən komaya düşmüşdü. 

Manolya Onur sonuncu Osmanlı xəlifəsi Əbdülməcidin nəvəsi, Heydərabad məliyi Mukarram Bereket Şahın keçmiş həyat yoldaşı olub. Onlar 1990-94-cü illərdə ailəli olublar./Axşam.az
 
İcmal.Az

RƏYLƏR