Konqo DC prezidentliyinə namizəd 7 il həbs cəzasına məhkum edildi

OXUNUB: 173 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, Konqo Demokratik Respublikasında (KDR) prezidentliyə namizədlərdən biri Jan-Mark Kabund 12 ittihamla 7 il müddətinə azadlıqdan məhrum edilib. Kabundun vəkili Kadi Diko mətbuata açıqlamasında müvəkkilinin yalan məlumat yaymaq və dövlət başçısını təhqir etmək kimi 12 ittihamla ittiham olunduğunu açıqlayıb. Diko bildirib ki, dekabrda keçiriləcək prezident seçkilərində namizəd olan Kabund bu cinayətlərə görə ümumilikdə 7 il həbs cəzasına məhkum edilib.

7NEWS.az

RƏYLƏR