7MEWS.az xəbər verir ki, Mərkəzi Afrika ölkəsi Konqo Demokratik Respublikasının paytaxtı Kinşasada leysan yağışların səbəb olduğu daşqın və torpaq sürüşməsi getdikcə pisləşir. Hökumətin açıqlamasına görə, sel və torpaq sürüşmələrində həyatını itirənlərin sayı 140-a yüksəlib. Həmçinin 12 nəfərin itkin düşdüyü bildirilir. Səhiyyə naziri Lisa Nembalemba, "Sağ qalanları tapmaq üçün heç bir ümidimiz yoxdur" -deyib. Yerli hakimiyyət orqanları təxminən 40 min evin zərər gördüyünü, 280 evin dağıldığını bildirib.
7NEWS.az