7NEWS.az xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) sözçüsü Eujin Byun verdiyi açıqlamada KDC-dəki zorakılıqlara toxunub. Byun, KDC-nin şərqindəki qarşıdurmalar nəticəsində son 6 həftədə 200-dən çox mülki vətəndaşın həyatını itirdiyi məlumatını paylaşıb. Mülki insanlara qarşı hücumların silahlı qruplar tərəfindən həyata keçirildiyini qeyd edən Byun, hücumların İturi və Şimali Kivu bölgələrində cəmləndiyini qeyd edib. Byun hücumlarda 2000-ə yaxın evin dağıldığını, 80 məktəbin bağlandığını bildirib. Ötən il 500 min insan münaqişələr səbəbindən bölgədən köç etmək məcburiyyətində qalıb.
7NEWS.az