Konqres Peruda erkən seçkilərin tarixini təsdiqləyib

OXUNUB: 223 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, Konstitusiya Komissiyasının sədri Hernando Guerra tərəfindən təqdim edilən təklif 93 lehinə, 30 əleyhinə və 1 bitərəf olmaqla qəbul edilib. Beləliklə, qanuna görə 2026-cı ildə keçirilməsi gözlənilən ümumi seçkilərin 2024-cü ilin aprelində keçirilməsi qərara alınıb. Boluarte dekabrın 18-də verdiyi açıqlamada erkən seçki tələbini qəbul etməyən Konqresə reaksiya verib. Prezident Boluartenin seçkilərin 2023-cü ilin dekabrında keçirilməsi təklifi dekabrın 17-də Konqresdə keçirilən səsvermədə rədd edilib. Dekabrın 7-də Perunun keçmiş prezidenti Pedro Kastilonun Konqresdəki vəzifəsindən uzaqlaşdırılaraq həbsxanaya göndərilməsindən sonra başlayan etirazlarda həyatını itirənlərin sayı 26-ya yüksəlib.

7NEWS.az

RƏYLƏR