Kopenhagendə atışma olub, ölən və yaralananlar var

OXUNUB: 668 DÜNYA

 Çərşənbə axşamı gecə saatlarında Danimarkanın paytaxtı Kopenhagen şəhərinin Nyorrebro mikrorayonunda baş verən atışma nəticəsində 1 nəfər ölüb, iki nəfər yaralanıb.

Bu barədə yerli polisin mətbuat xidməti "Twitter"də məlumat yayıb.

"Polis atışma nəticəsində bir nəfərin öldüyünü təsdiq edir", — deyə məlumatda bildirilir.

Qeyd olunur ki, yaralılardan biri ağır vəziyyətdədir. Atışmanın hər üç iştirakçısı kriminal qruplaşmalar ilə əlaqəlidirlər./report

 

İcmal.Az

RƏYLƏR