Koronavirus xəstələri ölülərlə BİR PALATADA - ŞOK VİDEO

OXUNUB: 1161 DÜNYA
Hindistan xəstəxanalarından birində çəkilən video internet istifadəçilərini dəhşətə salıb.

İcmal.az-ın ren.tv-yə istinadən verdiyi xəbərə görə, Hindistanın Maharaştra əyalətinin Qanunverici Məclisinin üzvü Niteş Reynin şəxsi "Twitter" səhifəsində paylaşdığı kadrlarda koronavirus xəstələrinin cəsədlərlə eyni palatada yanaşı uzandıqları görünür.

"Buna necə icazə verilə bilər ... Biabırçılıq!" - deyə Reyn videonu şərh edib.

Bəzi məlumatlara əsasən, kadrlar Mumbaydakı "Lokmanya Tilak" xəstəxanasında çəkilib.

Xəstəxana rəhbərliyi hadisəyə açıqlama verərkən ölən xəstələrin yaxınlarının cəsədləri aparmaq istəmədiklərini bildirib.




RƏYLƏR