Kosovo administrasiyası Avropa İttifaqına namizəd üzvlük tələbi ilə bağlı ərizəni imzalayıb.
7NEWS.az xəbər verir ki, Kosovo lideri Albin Kurti, Aİ-yə dönəm sədrliyini icra edən Çexiyaya çatdırılması planlaşdırılan ərizə ilə bağlı danışaraq, "Bu, yeni dövrün başlanğıcıdır. "Tərəqqi demokratiyamızı və iqtisadiyyatımızı gücləndirən dərin və transformativ islahatlara sadiqliyimizdən asılı olacaq”.
2008-ci ildə Serbiyadan müstəqilliyini elan edən, əsasən etnik albanların yaşadığı Kosovo, Serbiya hökuməti tərəfindən tanınmır və Serbiyanın bir hissəsi hesab olunur.
Serbiya administrasiyası isə Kosovonun Aİ-yə müraciətinə reaksiya verib və Kosovonu tanımayan 5 Aİ ölkəsi və Macarıstandan sözügedən təşəbbüsün qarşısını almasını istəyəcəklərini açıqlayıb. Kosovonu Yunanıstan, İspaniya, Rumıniya, Slovakiya və Cənubi Kipr tanımır.
7NEWS.az