Koviddən sonra qalıcı qoxu itkisinin səbəbi müəyyən edilib

OXUNUB: 290 Özəl DÜNYA

7NEWS.az xəbər verir ki, Duke Universiteti və Harvard Universiteti kimi ABŞ-ın aparıcı təhsil müəssisələrinin alimləri COVID-19 və uzun müddətli qoxu itkisi olan 9 xəstə də daxil olmaqla 24 biopsiyadan toplanmış qoxu nümunələrini analiz ediblər. Nəticəyə əsasən, T hüceyrələri adlanan immun hüceyrələrin qoxu üçün istifadə edilən həssas burun qişasında olan həyati sinir hüceyrələrinə hücum etdiyi və bu hüceyrələrin azalmasına səbəb olduğu üzə çıxıb. Bu qeyri-adi immun reaksiya yalnız aylarla qoxu hissini itirmiş xəstələrdə görüldü. Tədqiqatçılar qoxu neyronlarının sayına baxdıqda, uzunmüddətli qoxu itkisi olanların qoxu neyronlarının əhəmiyyətli dərəcədə az olduğunu aşkar etdilər. 

7NEWS.az

RƏYLƏR