Kreml təsdiqlədi: Putin Paşinyanla görüşəcək

OXUNUB: 596 DÜNYA

Rusiya prezidenti Vladimir Putin Ermənistan baş naziri Nikol Paşinyanla mayın 14-də, Soçidə görüşəcək. 

İcmal.Az "RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, bununla bağlı Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib. 

"Bazar ertəsi Avrasiya İqtisadi Birliyinin (AİB) sammiti keçiriləcək. Putin Paşinyandan başqa, Qırğızıstan prezidenti Sooronbay Jeenbekov, Belarus prezidenti Aleksandr Lukaşenko və Qazaxıstan prezidenti Nursultan Nazarbayevlə də görüşəcək”, - Peskov deyib. 

İcmal.Az

RƏYLƏR