Kremlin mətbuat xidməti Dmitri Peskov məşhur rusiyalı teleaparıcı Kseniya Sobçakın prezidentliyə namizəd olmaq istəyinə münasibət bildirib.
Peskovun Sobçakın namizədliyinin "Kremlin layihəsi” olmadığını deyib.
"Bu, tamamilə yanlışdır”, - deyə o vurğulayıb.
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putini siyasətə gətirən Sankt-Peterburq şəhərinin keçmiş meri Anatoli Sobçakın qızı Kseniya Sobçak 2018-ci il seçkilərində prezidentliyə namizəd olacağını açıqlayıb. Rusiya müxalifəti bunun Kreml tərəfindən hazırlandığını və "zərərsiz düşmən” oyunu olduğunu iddia edib./publika
İcmal.Az

























