7NEWS.az xəbər verir ki, sentyabrın 11-də İsveçdə keçirilən seçkidən sonra qurulan koalisiya hökumətinə rəhbərlik edəcək ad açıqlanıb. Parlamentdə keçirilən səsvermədə mühafizəkar Moderat Partiyasının lideri 59 yaşlı Ulf Kristersson baş nazir seçilib. Sentyabrın 11-də keçirilən seçkidə sağçılar bloku 349 yerlik parlamentdə 176 yer, sol partiyalar isə 173 yer qazanıb.
7NEWS.az