Krit adasındakı bəndlərdə suyun səviyyəsi 70 faiz azalıb

OXUNUB: 378 Özəl DÜNYA
Qeyd olunub ki, Krit adasındakı bəndlərdə doluluq nisbətinin böyük azalması səbəbindən adaya 5 həftə ərzində ancaq kifayət qədər su qalıb.

7NEWS.az xəbər verir ki, Ta Nea qəzetinin məlumatına görə, adada bəndlərin doluluq nisbəti 70 faiz azalıb. Yeni il gecəsinə qədər yağış yağmasa, 5 həftə ərzində ada üçün bəndlərdə kifayət qədər su qalacaq. Kritdəki 13 bənd arasında yüzdə 16 ilə ən aşağı doluluq nisbətinə sahib olan Aposelemi bəndindəki su miqdarı 4 milyon kubmetr olaraq təyin olundu. Ötən ilin eyni dövründə bənddə suyun miqdarı 15-17 milyon kubmetr olub.

7NEWS.az

RƏYLƏR