Makron uşağı xilas edən azyaşlını mükafalandırdı – YENİLƏNİB + VİDEO

OXUNUB: 1326 DÜNYA

Parisdə dördyaşlı uşağı xilas etmiş malili gəncə Fransa vətəndaşlığı veriləcək.

İcmal.Az xəbər verir ki, bu haqda Fransa prezidenti Emmanuel Makron açıqlama verib.

Mahmud Hassama ilə görüşən Fransa lideri bu fədakar addımına görə ona təşəkkür edib.  Fransanın yeni qəhrəmanı Yelisey sarayına qardaşı və rəfiqəsinin müşayiəti ilə gəlib.

Görüşdən sonra Makron ona cəsurluğa görə fəxri fərman verib.

10:53

Əslən Malidən olan gənc Parisdə körpənin həyatını xilas edib.

İcmal.Az BFMTV-yə istinadən xəbər verir ki, hadisə şənbə günü axşam saatlarında baş verib.

Dörd yaşlı uşaq eyvandan asılı vəziyyət qalıb və hər an yerə düşmək təhlükəsi ilə üzləşib. 

Hadisə şahidi Mamudu Qassama (Mamoudou Gassama) bir neçə saniyə ərzində beşinci mərtəbəyə qalxın və azyaşlının həyatını xilas edib.

Bildirilir ki, Qassamanı Fransa prezidenti Emmanuel Makronq qəbul edəcək. Görüş bazar ertəsi yerli vaxtla saat 09:50-də keçiriləcək.

İcmal.Az

RƏYLƏR