7NEWS.az xəbər verir ki, Kubadan havaya qalxan ABŞ-ın Southwest Airlines şirkətinə məxsus Boeing 737 tipli sərnişin təyyarəsi havaya qalxdıqdan az sonra quşların üzərinə çırpılıb. Təyyarənin mühərrikində yaranan nasazlıq səbəbindən salonu tüstü bürüdü. Sərnişinlər böyük çaxnaşma yaşayarkən Florida reysini həyata keçirən təyyarə paytaxt Havanaya dönərək təcili eniş edib. Aviaşirkətdən verilən açıqlamada 147 sərnişin və 6 ekipaj üzvü olan təyyarənin təhlükəsiz şəkildə hava limanına çatdığı və sürüşmə ilə təxliyyə edildiyi bildirilib. Hadisə zamanı xəsarət alan olmasa da, aviaşirkət sərnişinlərin başqa təyyarəyə aparıldığını açıqlayıb.
7NEWS.az