Küçə itləri 81 yaşlı qadına hücüm etdi: vəziyyəti ağırdır

OXUNUB: 537 SOSİAL

Samuxda yaşlı qadın küçə itlərinin hücumuna məruz qalıb.

İcmal.Az report-a istinadən xəbər verir ki, hadisə rayonu Sərkar kəndində baş verib. Kənd sakini, 1936-cı il təvəllüdlü Zəkiyyə Mosu qızı Tağıyeva küçədə gedərkən 6-7 itin hücumuna məruz qalıb.

Baş, üz və bədəninin müxtəlif yerlərindən itlər tərəfindən xəsarət alan yaşlı qadın ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.

 

İcmal.Az

RƏYLƏR