Kürdəmirdə bədbəxt hadisə - Sürücü avtobusun altında can verdi - VİDEO

OXUNUB: 929 HADİSƏ

Kürdəmir rayonunun Bakı prospektində ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

İcmal.Az
ARB TV-yə istinadla xəbər verir ki, Gəncə şəhər sakini 52 yaşlı Vahid İbrahimov, idarə etdiyi "Mersedes" markalı sərnişin avtobusunu yol kənarındakı restoranlardan birinin qarşısında saxlayıb.

Daha sonra avtobusun təkərində yaranan nasazlığı aradan qaldırmaq məqsədilə maşını avtokran vasitəsilə qaldırıb. Ehtiyatsızlıq nəticəsində avtomobil Vahid İbrahimovun üstünə düşüb. Sürücü hadisə yerində ölüb.

Hadisə şahidi: "Gördüm ki, qalıb maşının altında. Yazıq "paduşqa" dəyişirdi. Zülmlə çıxartdım. Allah köməyi olsun camaatımızın".

Faktla bağlı araşdırma aparılır.

İcmal.Az


 

Videonu izləmək üçün şəklə klikləyin:

RƏYLƏR