Körfəz ölkələrindən olan Küveytdə dolu, Səudiyyə Ərəbistanında isə qar yağıb. Əlverişsiz hava şəraiti ilə əlaqədar Küveytdə bəzi yollar bağlanıb
7NEWS.az xəbər verir ki, Küveyt Daxili İşlər Nazirliyindən verilən açıqlamada ölkədə təsirli olan əlverişsiz hava şəraiti barədə məlumat verilib. Yağan leysan səbəbiylə bəzi yolların nəqliyyata bağlandığı bildirilən açıqlamada vətəndaşlardan davam edən yağışda meydana gələ biləcək mənfi təsirlərə qarşı diqqətli olmaları istənilib, fövqəladə hallar zamanı əlaqədar bölmələrin telefon nömrələri paylaşılıb. .
Küveyt Meteorologiya İnstitutu da ölkədə fırtına ilə təsirli olan leysanda hər kvadrat metrə 55 kiloqram yağıntı qeyd etdi. Küveytin yerli mətbuatında çıxan xəbərlərdə ölkənin cənub bölgəsi və bir sıra bölgələrdə yağan leysan yağışdan sonra "dolu fırtınası"nın təsirli olduğu bildirilib və mövzu ilə bağlı görüntülərə yer verilib.
7NEWS.az