"LOGOS şagirdlərin nitq və ünsiyyət yönlü bacarıqlarının inkişaf etdirilməsi” layihəsinin açılış mərasimi Laçın rayon Ramiz Musayev adına Vağazin kənd 1 nömrəli tam orta məktəbdə keçirilib.
Bağıanışda Azərbaycan Elm və Təhsil Nazirliyinin Laçın şəhər təhsil şöbəsinin metodisti Cəlilov Şəmil Cəlil oğlu, Laçın rayonun R.R.Musayev adına Vağazin kənd 1 nömrəli tam orta məktəb, S.A.Əmirov adına Vağazin kənd 2 nömrəli tam orta məktəbi, Taxtakörpü qəsəbə tam orta məktəbi, Laçın rayon 37 nömrəli tam orta məktəbi, P.H.Bəylərov adına Alxaslı kənd tam orta məktəbi, P.Ə Məmmədov adına Qarıqışlaq kənd tam orta məktəbi, E.Ə Məhərrəmov adına Hacılar kənd tam orta məktəbi, Sadınlar kənd tam orta məktəbi, İ.İ.Quliyev adına Fingə kənd tam orta məktəbi və M.Məmmədov adına Qarakeçdi kənd tam orta məktəbin direktorları, müəllimlər və şagirdlər iştirak edib.
Layihənin əsas məqsədi məktəblilərin natiqlik və təqdimat bacarıqlarının artırılmasına dəstək olmaq və regionda təlimçi bazası yaratmaq, 10 müəllim üçün "Təlimçilər üçün təlim” formatında natiqlik təlimlərinin keçirilməsi,10 məktəbdə natiqlik klublarının yaratmaqdan ibarət olmuşdur.
Layihə çərçivəsində 10 kənd məktəbində - Laçın rayonun R.R.Musayev adına Vağazin kənd 1 nömrəli tam orta məktəb, S.A.Əmirov adına Vağazin kənd 2 nömrəli tam orta məktəbi, Taxtakörpü qəsəbə tam orta məktəbi, Laçın rayon 37 nömrəli tam orta məktəbi, P.H.Bəylərov adına Alxaslı kənd tam orta məktəbi, P.Ə Məmmədov adına Qarıqışlaq kənd tam orta məktəbi, E.Ə Məhərrəmov adına Hacılar kənd tam orta məktəbi, Sadınlar kənd tam orta məktəbi, İ.İ.Quliyev adına Fingə kənd tam orta məktəbi və M.Məmmədov adına Qarakeçdi kənd tam orta məktəbində çalışan 10 nəfər müəllim (hər məktəbdən 1 müəllim olmaqla) Taxtakörpü qəsəbəsində təşkil olunmuş 2 günlük TOT təlimlərinə cəlb olunmuşdur. Bu müəllimlər şagirdlərin foruma hazırlaşmalarına məsul olmuşdur. Təlimdə hər gün 1 dəfə olmaqla ümumilikdə 2 dəfə çay-kofe fasiləsi verilmişdir.Seçilmiş şagirdlər 10 məktəbdən hər birindən 5 şagird olmaqla(8-11-ci sinif şagirdləri) 50 nəfər şagird 2 günlük natiqlik və təqdimat,ünsiyyət və kütlə qarşısında çıxır mövzularında təlimlərə cəlb olunmuşdur.Təlimlər 2 qrupda hərəsində 25 nəfər şagird olmaqla həftədə 2 gün təşkil olunmuş və onlara yarış üçün mövzular təqdim olunmuşdur. Laçın rayonunda ilk dəfə təhsilalanların debat forumu keçirilmişdir.
Təlimlərdən sonra icra planına uyğun olaraq Laçın rayon Vağazin kənd 1 nömrəli tam orta məktəbində 30 nəfərin iştirakı ilə "Yaxşı təhsil yalnız məktəblərdə əldə edilə bilər!” mövzusunda natiqlik müsabiqəsi təşkil olunmuş, forumun qalib və mükafatçılarına kubok, medal, sertifikat və hədiyyə(kitab) verilmişdir.










