“Landau School” Azərbaycanın qanunlarına məhəl qoymur – TƏFƏRRÜAT+FAKTLAR

OXUNUB: 411 HADİSƏ
"Landau School” Azərbaycanın qanunlarına məhəl qoymur.

Bu barədə İnterpress.az-a müraciət edən bir qrup valideyn məlumat verib.

Onların sözlərinə görə, valideynlər övladlarını keyfiyyətsiz tədrisinə görə bu özəl təhsil müəssisəsindən çıxarmaq istədikləri an qeyri-adi halla üzləşiblər.

Belə ki, "Landau School”un təhsilin keyfiyyətindən narazı olan valideynlərə təzyiq göstərməsi birmənalı qarşılanmayıb.

Təhsil müəssisəsi övladlarının buradan xaric olunmasını tələb edən valideynlərin avans ödənişlərini geri qaytarmaq imtina edib. Bu isə özəl təhsil müəssisəsinin təhsilalanlara qarşı nümayiş etdirdiyi ədalətsiz davranışının bariz nümunəsidir.

Belə ki, həmçinin bu məktəbin vergidən yayındığı da iddia olunur. Qeyd edilir ki, "Landau School” bir beçə ildir yığılmış vergi borclarını ödəməkdən imtina edib. Amma bununla yanaşı hansısa gözə-görünməz güclərin müdaxiləsi nəticəsində "Landau School”a qarşı heç bir tədbir görülməyib.

Ümid edirik ki, "Landau School” Azərbaycan qanunlarına məhəl qoymağı bacaracaq, vergi borcların ödəcəyək və valideynlərin təhsil haqqına görə ödədikləri məbləğin qalan hissəsini geri qaytaracaq./İnterpress.az

RƏYLƏR