Las-Veqas terroru ilə bağlı SİRRLƏR AÇIQLDI: Sən demə bu qadın... — FOTO

OXUNUB: 720 DÜNYA
ABŞ-ın Las-Veqas şəhərində baş verən qanlı hadisəni törədən şəxsin yanında görünən qadın axtarışa verilib.

Bu barədə Las-Veqas Polis İdarəsinin şerifi Jozef Lobmardo bildirib. Onun sözlərinə görə, həmin qadının kimliyi məlum olub.

Lobmardo əlavə edib ki, həmin qadın terror hadisəsini törədən şəxslər şəhərə birlikdə qonaq gəlibmişlər.

"Biz həmin qadının kimliyini müəyyən etmişik. Onun adı Mary Lou Denleydir. Hazırda həmin qadın axtarışa verilib. O, terrorun törədilməsi barədə ətraflı danışa bilər və bundan başqa, hansı planların olduğunu daha yaxşı bilər”, - deyə Lobmardo əlavə edib.

Qeyd edək ki, bu gecə ABŞ-ın Las Veqas şəhərində silah səsləri eşidilib. "Mandalay Bay” hotel-kazino kompleksi yaxınlığında musiqi festivalında atışma baş verib. Hotelin 32-ci mərtəbəsindən festival iştirakçıları atəşə tutulub. Hadisə nəticəsində 58 nəfər ölüb, 500-dən çox insan yaralanıb. Hadisəni törədən şəxs polis tərəfindən tutulacağını görüb özünü öldürüb. Onun 64 yaşlı yerli sakin Stiven Paddok olduğu müəyyənləşib. Bu vaxt onun yanında bir qadının olduğu ehtimal edilir. Polis hazırda qadını axtarır./ölkə

Las-Veqas terroru ilə bağlı SİRRLƏR AÇIQLDI: Sən demə bu qadın... — FOTO
İcmal.Az

RƏYLƏR