Las-Veqasda baş verən atışma zamanı 2 nəfər ölüb.
Bu barədə "Reuters” yerli xəstəxanaya istinadən məlumat verib.
Məlumata görə, hadisə nəticəsində 24 nəfər yaralanıb.
***
10:50
"Mandalay Bay Casino"nun konsert salonunda baş verən insident nəticəsində xeyli insanın öldüyü bildirilir.
İndiyədək 20-dən artıq şəxs xəstəxanaya çatdırılıb.
İlkin məlumata əsasən, naməlum şəxs kazinoda konsertə gələn şəxslərə atəş açıb. Polisin yaydığı xəbərdarlıqda insanların həmin ərazidən uzaqlaşması xahiş olunub.
Kazinoya yaxın yollarda hərəkət məhdudlaşdırılıb./oxu
İcmal.Az

























