Las-Veqasda kütləvi qırğın törədən şəxsin otağından NƏLƏR ÇIXDI?

OXUNUB: 651 DÜNYA

ABŞ polisi Las-Veqasda musiqi festivalı zamanı kütləvi qırğın törədən Stiven Peddokun qaldığı otel otağından 23 ədəd silah aşkar edib. Daha 19 ədəd silah isə onun Nyu-Meksiko ştatındakı evindən tapılıb.

 Bu barədə polis nümayəndəsi məlumat verib.

O qeyd edib ki, istintaqın fərziyyəsinə görə, Peddok tək fəaliyyət göstərib.

Oktyabrın 2-də törədilən silahlı insident zamanı 59 nəfər ölüb, 527 nəfər isə yaralanıb. Hadisəni törədən şəxs polis gələnə qədər özünü öldürüb. /report

 

İcmal.Az

RƏYLƏR