Lava altında qalan kənddən daha 7 meyit tapıldı

OXUNUB: 565 DÜNYA

İyunun 3-də Qvatemalanın Fueqo vulkanının püskürməsi zamanı ölən daha 7 nəfərin, o cümlədən 3 uşağın meyiti Eskuintla departamentinin San-Miqel-Los-Lotes kəndi ərazisində aparılan axtarış zamanı tapılıb.

İcmal.Az TASS-a istinadən xəbər verir ki, yaşayış məntəqəsi lava, palçıq və daş qatı altında qalıb və təbii fəlaət zonası elan edilib. Hazırda vulkan püskürməsi qurbanlarının sayı 120 nəfərə yaxınlaşıb, 200 nəfər hələ də, itkin düşmüş hesab olunur.

 

İcmal.Az

RƏYLƏR