Lavrov erməni həmkarı ilə Qarabağı müzakirə edəcək

OXUNUB: 691 DÜNYA

Ermənistan xarici işlər naziri Zoqrab Mnatsakanyan iyunun 7-də Ermənistanda hökumət dəyişikliyindən sonra ilk dəfə Moskvaya səfər edəcək və səfər çərçivəsində Rusiya XİN rəhbəri Sergey Lavrovla görüşəcək.

İcmal.Az TASS agentliyinə istinadla xəbər verir ki, bununla bağlı məlumatı Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat İdarəsinin direktoru Artyom Kojin verib. 

Görüş zamanı nazirlər ikitərəfli əlaqələr və Dağlıq Qarabağ münaqişəsinin həlli məsələlərini müzakirə edəcəklər. 

İcmal.Az

RƏYLƏR