Lavrov Şimali Koreyaya gedir

OXUNUB: 523 DÜNYA

Rusiya xarici işlər naziri Sergey Lavrov mayın 31-də KXDR-ə səfər edəcək. Səfər çərçivəsində Lavrov Şimali koreyalı həmkarı Li Yen Xo ilə Koreya yarımadasındakı vəziyyəti müzakirə edəcək. 

İcmal.Az xəbər verir ki, bununla bağlı Rusiya XİN məlumat yayıb. 

"Mayın 31-də Rusiya XİN rəhbəri Sergey Lavrovun Koreya Xalq Demokratik Respublikasına rəsmi səfəri baş tutacaq”, - məlumatda deyilir. 

"Xarici siyasət idarəsinin rəhbərlərinin görüşü planlaşdırılıb. Görüş zamanı Koreya yarımadasındakı vəziyyət, regional və beynəlxalq məsələlər müzakirə ediləcək”, - nazirlikdən bildirilib. 

Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat vermişdi ki, Koreya yarımadasındakı vəziyyəti nizamlamaq üçün Rusiya tərəfi bir neçə görüş keçirməyi planlaşdırır. 

KXDR XİN rəhbəri Li Yen Xo apreldə Moskvaya səfəri zamanı Lavrovu ölkəsinə dəvət etmişdi. 

İcmal.Az

RƏYLƏR