"Çöldən dönər alıb restoranda yeyə bilərsiniz?" - Bufet qadağasına REAKSİYA+FOTO

OXUNUB: 531 SOSİAL
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetindən bufetə kənardan yemək gətirilməsinin qadağan olunması ilə bağlı tənqidlərə münasibət bildirilib.

İcmal.Az xəbər verir ki, universitetin rəsmi səhifəsinin cavabında sosial şəbəkələrdə tənqidlərə cavab olaraq bu cür addımın doğru olduğu bildirilib:
"Düz edirler. Siz dönər alıb çöldən hansısa restorana girib yeyə bilərsiniz? Bufet arenda ödəyir” – səhifənin cavabında qeyd edilib.
Qeyd edək ki, bundan əvvəl ADMİU-nun mətbuat xidməti həftəsonu işləmədiklərindən sorğuya daha sonra cavab verə biləcəklərini bildirib.

Xatırladaq ki, daha əvvəl də Azərbaycan Tibb Universitetində təhsil müəssisəsinin kitabxanasının girişində buraya tələbələrə şort və maykada girişin qadağan olunması ilə bağlı elan müzakirələrə səbəb olmuşdu.

 
İcmal.Az

RƏYLƏR