Lənkəranda 28 yaşlı şəxs yoxa çıxdı - FOTO

OXUNUB: 927 SOSİAL

Lənkəran şəhər sakini itkin düşüb.

İcmal.Az apa-ya istinadən xəbər verir ki, Lənkəran şəhəri Tereşkova küçəsi, ev 14-də qeydiyyatda olan 1990-cı il təvəllüdlü Fərid Nazim oğlu Ağayev fevralın 26-da axşam saatlarında çayxanaya getmək adı ilə evdən çıxıb, geri qayıtmayıb.

İki uşaq atası olan F. Əliyev şəxsiyyət vəsiqəsini və digər əşyalarını da evdə qoyub.

 

Ailə üzvləri məsələ ilə bağlı polisə məlumat veriblər. Fərid Əliyevin işsiz olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Lənkəranda 28 yaşlı şəxs yoxa çıxdı - FOTO

 

Lənkəranda 28 yaşlı şəxs yoxa çıxdı - FOTO

İcmal.Az

RƏYLƏR