Lənkəranda soyğunçuluq edən şəxs tutuldu

OXUNUB: 603 HADİSƏ

Lənkəran Şəhər-Rayon Polis şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri zamanı vətəndaşa qarşı soyğunçuluq edən şəxs saxlanılıb.

Bir qadın polisə müraciət edərək yolla gedərkən şəhərin M.Ə.Rəsulzadə və Hacı Nəsir küçələrinin kəsişməsində velosipedlə yanından keçən bir nəfərin onun əlindən "Samsung" markalı mobil telefonunu alaraq uzaqlaşdığını bildirib.

Araşdırmalar zamanı həmin şəxsin  Lənkəran rayonunun Şiləvar kənd sakini, əvvəllər məhkum olunmuş Vüqar Sadıxov olduğu məlum olub və o, saxlanılaraq istintaqa təqdim edilib.

V.Sadıxovun soyğunçuluq yolu ilə ələ keçirdiyi mobil telefon maddi sübut kimi götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırma davam etdirilir./apa

İcmal.Az

RƏYLƏR