Lənkəranskiyə ölüm hökmü kəsən avtoritet həbs edildi – Əməliyyat

OXUNUB: 603 HADİSƏ

Rusiyada cinayətkar aləmin "kralı”, yaxud "1 nömrəli oğru” hesab edilən "Şakro Molodoy” ləqəbli Zaxari Kalaşovun dəstə üzvləri yaxalanıb.

 Onlar Moskva polisinin əməliyyatı zamanı ələ keçiblər.

Saxlanılanların evlərində axtarışda xeyli silah və hərbi sursat aşkarlanıb. Onlara qarşı qanunsuz silah saxlama və dələduzluq maddəsi ilə cinayət işi başlanıb.

Zaxariya Kalaşov da bu ittihamla həbs edilib. O, "Elements" restoranının sahibindən külli miqdarda pul tələb edilməsi ilə bağlı açılan cinayət işi üzrə tutulub.

Xatırladaq ki, Zaxariya Kalaşov Tiflisdə anadan olub. O, əslən yezidi kürddür. 2005-ci ildə İspaniya polisinin rus mafiyasına qarşı keçirdiyi xüsusi əməliyyatdan canını qurtara bilib. Lakin 2006-cı ildə Birləşmiş Ərəb Əmirliklərində həbs edilərək, İspaniyaya ekstradisiya edilib. Həbsdən azad edildikdən sonra yenidən Rusiyaya qayıdıb. O, 2013-cü ildə Aslan Usoyanın (Ded Xasan) öldürülməsindən sonra rus mafiyasının əsas lideri hesab edilir.

İddialara görə, Kalaşov hətta Ded Xasanın əsas əleyhdarlarından biri olan Rövşən Lənkəranski haqqında da ölüm qərarı çıxarıb.

Kalaşov Rusiya kəşfiyyatı ilə də çalışıb. İspaniya prokuroru Xose Qrindanın iddiasına görə, məhz Rusiya hərbi kəşfiyyatının istəyi ilə Kalaşov Türkiyədəki vəziyyətin destablizasiyası üçün bu ölkədəki kürdlərə illeqal silah verib./teleqraf.com


İcmal.Az

RƏYLƏR