Leontyev Paşinyandan üzr istədi

OXUNUB: 596 DÜNYA

Jurnalist və "Rosneft”in vitse-prezidenti Mixail Leontyev "Komsomolskaya Pravda” radiosundakı qalmaqala görə Ermənistan baş naziri Nikol Paşinyandan üzr istəyib. 

İcmal.Az bununla bağlı "Sputnik”ə istinadla xəbər verir. 

"Leontyev Paşinyana məktub göndərib. O, məktubunda səsləndirdiyi fikirlərə görə üzr istəyib”, - erməni baş nazirin mətbuat xidməti məlumat yayıb. 

Məlumatlara görə, o, yersiz çılğınlığını Ermənistandakı hadisələrdən narahatlığı ilə izah edib. 

Qeyd edək ki, Leontyev "KP” efirində ermənilərin Rusiyadan başqa heç kimə lazım olmadığını və ölkənin bütün tarix boyunca Rusiyanın çiyinlərinə düşən əlavə yük olduğunu dilə gətirmişdi.

"Yalnız və yalnız bizim dəstəyimiz hesabına bu gün mövcud olan xalqın bizi xainliklə şantaj etməyə haqqı yoxdur.

Kimsə ağzını açıb, belə bir fikir səsləndirsə, bunun bir fakt olduğunu anlamalıdır, onların buna haqqı yoxdur.

Biz olmasaydıq, fiziki baxımdan nə erməni, nə də Ermənistan olardı. Ümumiyyətlə, mövcud olmazdılar”, - deyə Leontyev bildirmişdi.

İcmal.Az

RƏYLƏR