Bu gün prezident İlham Əliyevin böyük qızı,
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın doğum günüdür.
İCMAL.azxəbər verir ki, Leyla xanım Əliyevanın 32 yaşı tamam olur.
Qeyd edək ki, Leyla Əliyeva 3 iyul 1985-ci ildə Moskva şəhərində anadan olub.
Bakıda 160 saylı məktəbdə orta təhsil alıb. İsveçrədə və Böyük Britaniyada ali
təhsilə yiyələnib.
2006-2008-ci illərdə Moskva Dövlət Beynəlxalq
Münasibətlər İnstitutunda politologiya fakultəsinin dünya siyasəti ixtisası uzrə
magistr pilləsini bitirib.
Leyla Əliyeva 2007-ci il mayın 10-dan Rusiyada Heydər Əliyev Fondunun Rusiya
filialının rəhbəri kimi ictimai fəaliyyət göstərir. O, 2007-ci il dekabrın
19-dan Moskvada nəşr olunan "Bakı" jurnalının təsiscisi və baş
redaktorudur.
2010-cu ilədək Moskva Dövlət Beynəlxalq Munasibətlər İnstitutundaAzərbaycanGənclər
Klubunun sədri olub.
2008-ci il may ayında Mədəniyyətlərarası Dialoqda İslam Konfransı Təşkilatının
Gənclər Forumunun Baş Əlaqələndiricisi olub. O, 2009-cu il aprelin 8-də Rusiya
Azərbaycanlı Gənclər Təşkilatının (AMOR) sədri seçilib.
Leyla Əliyeva 2011-ci ildən Heydər Əliyev Fondunun vitse-prezidentidir.
O, 2011-ci il iyulun 4-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə
Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə gorə "Tərəqqi"
medalı ilə təltif olunub.
Leyla Əliyeva 3 uşaq anasıdır. Onlar Mikayıl, Əli və Əminədir.