"Lider" TV-də növbəti biabırçılıq: BAŞLADIMSA QURTARA BİLMİRƏM+VİDEO

OXUNUB: 830 ŞOU-BİZNES
Qalmaqallı geyimi ilə gündəmə gələn aparıcının bu dəfə verilişində baş verənlər diqqət çəkib.

Gecə saatlarında canlı yayımlanan "Yarasa" proqramında sözün əsil mənasında ağız deyəni qulaq eşitməyib.

Könül Yusifqızı əvvəlcə "şey" sözünü müzakirə edərək qəribə gülüşləri ilə sərxoş təəssüratı bağışlayıb. Vəziyyət elə yerə gəlib ki, müğənni Elnar Xəlilov yarı zarafat, yarı ciddi studiyadan gedəcəyini deyib.
 

Ardınca isə verilişə dəvət alan Gülya Bakinskaya söhbət edən zaman "türkün məsəli mən gec qurtarıram" sözlərini işlədib. Bu zaman E.Xəlilov mat-məəttəl qaldığını gizlədə bilməyib. Əli ilə ağzını tutaraq bir neçə saniyə susqun vəziyyətdə qalıb.

Ondan fərqli olaraq bu ifadə sanki aparıcının sanki ürəyincə olub və K.Yusifqızı qəhqəhə ilə gülüb./minval.info


İcmal.Az

RƏYLƏR