Türkiyənin Trabzon bölgəsində 39 yaşlı qadın faciəli şəkildə can verib.
Qəflətən yaranan problem liftin hərəkətini ləngidib. Liftin içərisində olan 39 yaşlı Əminə Dəmirçi və 2 nəfər iş yoldaşı liftdən çıxmaq istəyərkən faciə baş verib.
Birdən hərəkətə başlayan lift kabinəsi ilə divar arasında qalan Əminə faciəli şəkildə həyatını itirib. Digər iki nəfər isə xəsarətlər alıb./publika
İcmal.Az


























