Litva ölkədə yaşayan ruslara və belaruslara silah sahibi olmağı qadağan etdi

OXUNUB: 349 Özəl DÜNYA
Litva parlamenti ölkədə yaşayan Rusiya və Belarus vətəndaşlarının silah və sursata malik olmasını qadağan edən qanuna düzəlişi təsdiqləyib. 

7NEWS.az xəbər verir ki,  Litva hökumətinin saytında yer alan xəbərə görə, Litva parlamenti "Silah və silahlara nəzarət haqqında” qanuna dəyişikliyi təsdiqlədikdən sonra 2023-cü il aprelin 1-dən Litvada yaşayan Rusiya və Belarus vətəndaşlarına silah və sursata sahib olmaq qadağan edilib.  

112 deputat lehinə, 13 deputat bitərəf, 1 deputat isə əleyhinə səs verib. Qanun qüvvəyə minməzdən əvvəl lisenziyalı silahlara sahib olan ruslar və belaruslar onları başqalarına satmalı olacaqlar. Əks halda, onların silah və sursatları 2023-cü il aprelin 1-dən sonra müsadirə olunacaq. 

Litva parlamentinin Milli Təhlükəsizlik və Müdafiə Komitəsinin məlumatına görə, hazırda Litvada 294 Rusiya və 46 Belarus vətəndaşı silah sahibi olmaq və ya gəzdirmək icazəsi ilə yaşayır. 

7NEWS.az

RƏYLƏR