7NEWS.az xəbər verir ki, Livanda ölkənin 14-cü prezidentinin seçilməsi üçün keçirilən 11-ci sessiyada heç bir namizəd kifayət qədər səs toplaya bilməyib. Səlahiyyət müddəti 2022-ci il oktyabrın 31-də başa çatan prezident Mişel Aunun varisinin seçilməsi üçün keçirilən sessiyada 128 deputatdan 111-i iştirak edib. Sessiyada Mişel Moavad 34, İsam Xəlifə 7, Ziyad Barud 2 və Salah Hanin 1 səslə ən çox səs toplayıb. 67 səsin etibarsız sayıldığı iclasda səs çoxluğu əldə oluna bilməyib. 12-ci turun nə vaxt keçiriləcəyi ilə bağlı açıqlama verilməsə də, 11-ci iclasda prezident seçilə bilmədiyi üçün istiqlalçı deputatlar Nejat Saliba və Melhem Halefin 12-ci iclasa qədər parlamentdə oturaq aksiya keçirəcəkləri öyrənilib.
7NEWS.az