Livan prezidenti Mişel Avn İsraillə dəniz sərhədi sazişinin yekun layihəsini imzalayıb.
7NEWS.az xəbər verir ki, Avn, Baabda sarayında Beyrutda vasitəçi olan ABŞ Dövlət Departamentinin Enerji Təhlükəsizliyi müşaviri Amos Hochstein və onu müşayiət edən heyətlə görüşdü. Görüşdən sonra Livan parlamentinin sədr müavini İlyas Əbu Saab Hochstein ilə birgə mətbuat konfransı keçirib.
Hochstein-in dünən (26 oktyabr) yekun müqavilə layihəsini Avn-a təhvil verdiyini xatırladan Saab, "Prezident Avn müqavilə layihəsini bəyəndi və imzaladı. Prezident daha sonra sazişin mətnini Hochstein ilə Birləşmiş Millətlər Təşkilatının cənub qərargahına göndərəcək", deyə bildirib.
7NEWS.az