Livanda ölən azərbaycanlı idmançının cənazəsi Naxçıvana gətirilir

OXUNUB: 618 SOSİAL

Azərbaycan vətəndaşı Xəzər İntiqam oğlu Əliyevin cənazəsi sentyabrın 8-də "Türk Hava Yolları”nın Beyrut-İstanbul-Naxçıvan reysi ilə Azərbaycana yola salınıb.

Bu barədə İcmal.Az-a Azərbaycan XİN-in mətbuat xidmətindən məlumat verilib. 

Bildirilib ki, Azərbaycan Respublikasının Livandakı səfirliyinin Konsulluq münasibətlərinə dair Vyana konvensiyasına uyğun olaraq atdığı addımlar, Livanın dövlət strukturları, vəkillər və mərhuma ilkin yardım göstərmiş xəstəxana ilə apardığı danışıqlar nəticəsində cənazənin Azərbaycana yola salınması təmin olunub.

Cənazəni mərhumun anası Həsənova Məlahət müşayiət edir. 

Qeyd edək ki, X.Əliyev Livanda yol-nəqliyyat hadisəsi nəticəsində həyatını itirib.  

 

 İcmal.Az

RƏYLƏR